Biz Kimik?
Biz Kimik?

“Peşəkar Təlim və İnkişaf Mərkəzi” 2015-ci ilin avqust ayında fəaliyyətə başlayıb. Mərkəz Böyük Britaniyanın Kembric Universitetinin bir hissəsi olan Cambridge Assesment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliklərindən biridir. Cambridge Assesment English təşkilatı dünyanın 131 ölkəsində ingilis dilinin tədrisi və mənimsənilməsi üzrə beynəlxalq imtahanların keçirilməsi ilə məşğuldur. Bu təşkilatın verdiyi sertifikatlar dünyanın bir çox ölkələrində 10 mindən çox təhsil müəssisələri və iş yerləri tərəfindən tanınır.

2021-ci ildən etibarən PTİM ölkəmizdə peşəkar inkişafla bağlı təlimlər həyata keçirir. Şirkət Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq edərək tədris idarəçiləri, müəllimlərə peşə ixtisastırma təlimlərini həyata keçirmişdir. 2023-cü ilin sonuna kimi PTİM təşkilatçılığı ilə təşkil edilmiş təlimlərdə 3000-dən çox pedaqoq iştirak etmişdir. 

Sizlərdən gələnlər

BİZİM HAQQIMIZDA RƏYLƏR