Xəbərlər
Ən Son Xəbərlər və Bloqlar
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC ilə əməkdaşlıq edən təlimçilərin təlimçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən görüşlər davam edir. Növbəti görüşümüz bölgədə fəaliyyət göstərən təlimçilərimizlə baş tutmuşdur. Görüş çərçivəsində təlimçilərin fəaliyyət istiqamətləri və öhdəlikləri, təlim məzmunlarının keyfiyyətinin artırılması üçün rəy və təkliflərin sistemləşdirilməsi, eləcə də müdavimlərlə effektiv ünsiyyət və iş bacarıqlarının gücləndirilməsi kimi mühüm mövzular müzakirə olunmuşdur. Müxtəlif mövzular üzrə mütəmadi keçirilməsi nəzərdə tutulan bu görüşlər təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə və təlimçilərin peşəkar kompetensiyalarının davamlı inkişafına xidmət edir.
Əməkdaşlığımız genişlənir : "Yaşam Beynəlxalq Məktəbi"ndə təlimlər təşkil olunub.
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” 27-30 yanvar 2026-cı il tarixlərində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Yaşam Beynəlxalq Məktəbi”nin müəllimləri üçün “Məktəbdə nizam - intizam və sinif idarəetməsi” mövzusunda təlim təşkil etmişdir.Təlim ərzində müdavimlər nizam-intizamın təşkilinin şagird öyrənməsinə təsiri, nizam-intizamın təşkilində ünsiyyətin rolu, Bill Rocersin Qətiyyətli nizam-intizam nəzəriyyəsi və onun effektiv tətbiqi, davranış tənzimləməsində SDN (ABC) modelinin xüsusiyyətləri və onun reallaşdırılması, effektiv idarə olunan sinfin göstəriciləri, vaxt idarəetmə strategiyaları, arzuolunmaz davranışların qarşısının alınması və aradan qaldırılması, o cümlədən sinif qaydalarının tərtibində nəzərə alınan məqamlar və s. mövzuları üzrə biliklər əldə etmiş və effektiv tətbiqi istiqamətində səriştələrə yiyələnmişlər.
Təlimçilərlə görüş
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC ilə əməkdaşlıq edən təlimçilərin təlimçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə görüşlərə start verilib. Görüşlər çərçivəsində təlimçilərin fəaliyyət istiqamətləri və öhdəlikləri, təlim məzmunlarının keyfiyyətinin artırılması üçün rəy və təkliflərin sistemləşdirilməsi, eləcə də müdavimlərlə effektiv ünsiyyət və iş bacarıqlarının gücləndirilməsi kimi mühüm mövzular müzakirə olunur.Bu təşəbbüs təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə və təlimçilərin peşəkar kompetensiyalarının davamlı inkişafına xidmət edir.. Qeyd edək ki, bu görüşlərin müxtəlif mövzular üzrə mütəmadi keçirilməsi nəzərdə tutulur.
Təlim Kateqoriyası
Populyar Kateqoriyalar
HAQQIMIZDA
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” 2015-ci ilin avqust ayında fəaliyyətə başlayıb. Mərkəz Böyük Britaniyanın Kembric Universitetinin bir hissəsi olan Cambridge Assesment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliklərindən biridir. Cambridge Assesment English təşkilatı dünyanın 131 ölkəsində ingilis dilinin tədrisi və mənimsənilməsi üzrə beynəlxalq imtahanların keçirilməsi ilə məşğuldur. Bu təşkilatın verdiyi sertifikatlar dünyanın bir çox ölkələrində 10 mindən çox təhsil müəssisələri və iş yerləri tərəfindən tanınır.
Təlimlər
Sizlərdən gələnlər



Hətta təcrübəli müəllimlər də tədris prosesini daha effektiv və yaradıcı etmək üçün Celta-da bir çox yeni bacarıqlar öyrənə bilərlər.

