2025-ci il  ərzində keçirilmiş ixtisasartırma təlimlərinə ümumilikdə 11000 nəfərə yaxın təhsilverən cəlb olunmuşdur.

2025-ci il ərzində keçirilmiş ixtisasartırma təlimlərinə ümumilikdə 11000 nəfərə yaxın təhsilverən cəlb olunmuşdur.

07 yan, 2026

            Azərbaycan Respublikasının Təhsil İnstitutunun sifarişi ilə “Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC tərəfindən təqvim ili ərzində Bakı şəhəri və bölgələrdə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 7 500 nəfərə yaxın  təhsilverən və məktəbəqədər təhsil müəssisələrində çalışan 3 500 tərbiyəçi-müəllimi əhatə edən ixtisasartırma təlimləri keçirilib.

🔹 Ümumi orta təhsil müəssisələrinin idarə heyəti üçün  təlimlər

•“Məktəb idarəetməsində data əsaslı yanaşma” -Təlim proqramının əsas məqsədi məktəb rəhbərlərinin dataya əsaslanan strateji qərarvermə və idarəetmə bacarıqlarının artırılmasıdır.

•“Məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları”- Mövzusunda keçirilən təlimlərdə rəhbərlərin komanda ilə işləmə, valideynlərlə əməkdaşlıq və konfliktlərin idarə olunması bacarıqları inkişaf etdirilmişdir.

•“Məktəbdə daxili keyfiyyət təminatı mexanizmlərinin təşkili” - Proqramın əsas məqsədi məktəb rəhbərlərində məktəbdaxili keyfiyyət təminatı sistemləri qurmaq istiqamətində bilik və bacarıqlar formalaşdırmaqdır. 

•“Məktəbdə inzibati idarəetmə və sənədləşmə işinin təşkili” -Təlimin əsas məqsədi məktəb rəhbər heyətinin və inzibati işçilərin idarəetmə və sənədləşmə sahəsində bilik, bacarıq və səriştələrinin artırılması, onların müasir idarəetmə tələblərinə uyğun peşəkar fəaliyyət göstərməsini təmin etməkdir.

•“Məktəb idarəçiliyində strateji planlaşdırma və inkişaf planlarının” - Təlim proqramının məqsədi məktəb rəhbərlərində uzunmüddətli inkişaf strategiyalarının qurulması, məqsədlərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması bacarıqlarının möhkəmləndirilməsidir.

•“Tədris prosesinin effektiv təşkili və idarə olunması” -  Proqramın əsas məqsədi məktəb rəhbərlərinin tədrisin effektiv təşkili və idarə olunması istiqamətində bilik və bacarıqlarını təkmilləşdirmək və məktəblərdə tədris prosesinin icrasını sistemli şəkildə gücləndirməyə dəstək olmaqdır.

 

🔹 Ümumi orta təhsil müəssisələrinin pedoqoji heyəti üçün təlimlər

  Tədris prosesinin səmərəli təşkilində İKT və süni intellektin tətbiqi” Müəllimlərə dərs prosesində rəqəmsal alətlərdən və süni intellekt texnologiyalarından istifadə bacarıqları öyrədildi. Təlimin məqsədi tədrisin interaktivliyini artırmaq və müasir texnologiyaların təhsilə inteqrasiyasını gücləndirməkdir.

  Məktəblərdə nizam-intizamın təşkili “  Təlimin əsas məqsədi məktəblərdə nizam-intizamın təşkili istiqamətində təhsil işçilərinin bilik və bacarıqlarının təşkmilləşdirilməsidir.

• “ Şagirdlərdə dinləyib-anlama və yazı bacarıqlarının formalaşdırılması və mentorluq xidməti” Təlim ərzində müəllimlər şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını inkişaf etdirmək üçün effektiv üsullarla tanış oldular. Təlimdə dinləmə, mətnin qavranılması və yazı strukturunun qurulması üzrə praktik nümunələrlə işlədilər. Bununla yanaşı müəllimlərə şagirdlərlə fərdi işləmək, onların ifadə bacarıqlarını gücləndirmək və inkişaf prosesini izləmək üçün mentorluq dəstəyi verildi. 

  Metodist hazırlığı / Pedaqoji müşahidə və tədris prosesinin qiymətləndirilməsi üzrə ixtisasartırma təlimi.  Təlimlərin məqsədi müəllimlərin dərs müşahidəsi və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, meyarların müəyyənləşdirilməsi, müşahidə formalarının hazırlanması və effektiv geri dönüş strategiyalarının tətbiqidir. İştirakçılar, eyni zamanda, süni intellekt alətlərindən istifadə etməklə dərs müşahidəsi və təhlil prosesində innovativ yanaşmaların mənimsənilməsini təmin edirlər.

  Metodist hazırlığı / Mentorluq və pedaqoji dəstək bacarıqları üzrə ixtisasartırma təlimi  Müəllimlərə həmkarlarına metodik dəstək göstərmək, pedaqoji müşahidələr aparmaq və inkişaf yönümlü rəy bildirmək bacarıqları aşılanıb. Eyni zamanda, süni intellekt platformaları vasitəsilə innovativ dərs planlarının hazırlanması və təqdimatı bacarıqları da formalaşdırılmışdır.

• “ İstedadlı şagirdlərlə işin təşkili” Təlimlərin nəticəsi olaraq iştirakçılar xüsusi istedadlı şagirdlərin tanınması, onların potensialının inkişaf etdirilməsi və dəstəklənməsi üçün effektiv pedaqoji yanaşmaları mənimsəyirlər. Eyni zamanda, diferensiallaşdırılmış təlim metodlarını tətbiq edir, yaradıcı və tənqidi düşünməni təşviq edən təlim mühiti qurmaq bacarıqlarını nümayiş etdirirlər.

 

🔹 Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün təlimlər

  • Məktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin təşkili 

Təlim zamanı tərbiyəçi-müəllimlərə uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun stimullaşdırıcı, təhlükəsiz və öyrədici mühitin qurulması prinsipləri izah olunmuşdur. Praktik nümunələr əsasında oyun, vizual materiallar və interaktiv fəaliyyətlərin tədrisə inteqrasiyası öyrədilmişdir.

  • Məktəbəqədər qruplarda inklüziv təhsilin təşkili 

Bu təlimdə müxtəlif ehtiyaclı uşaqların təlimə cəlb olunması, fərdi yanaşmaların tətbiqi və inklüziv mühitin formalaşdırılması üzrə metodik bacarıqlar aşılanmışdır. Tərbiyəçi-müəllimlərə inklüziv təhsilin prinsipləri və pedaqoji dəstək mexanizmləri təqdim olunmuşdur.