Bölgələrdə fəaliyyət göstərən təlimçilərlə növbəti görüş
“Auditoriyadan gələn sualların idarə olunması” mövzusunda növbəti görüş keçirilib
Təlimçi həmkarlarla keçirilən növbəti onlayn görüş “Auditoriyadan gələn sualların idarə olunması” mövzusuna həsr olunub. Görüşün əsas məqsədi təlim və təqdimatlar zamanı iştirakçılar tərəfindən verilən müxtəlif tip sualların düzgün şəkildə tanınması və effektiv idarə olunması bacarıqlarının inkişaf etdirilməsi olub.
Görüş çərçivəsində auditoriyadan gələn sualların növləri – gerçək suallar, müqavimət yaradan suallar, provokasiya tipli suallar və diqqət çəkmək məqsədilə verilən suallar – iştirakçılarla birlikdə təhlil edilib. Hər bir sual növünün xüsusiyyətləri müzakirə olunub və bu suallara uyğun yanaşma üsulları təqdim edilib.
Praktik fəaliyyətlər zamanı iştirakçılar müxtəlif situasiyalar üzərində işləyərək auditoriyadan gələn suallara peşəkar və konstruktiv şəkildə cavab vermə strategiyalarını tətbiq ediblər. Qrup işi və rol oyunları vasitəsilə real təlim mühitində yarana biləcək halların idarə olunması bacarıqları inkişaf etdirilib.
Görüş interaktiv mühitdə təşkil olunub və iştirakçılar mövzu ilə bağlı öz təcrübələrini bölüşərək qarşılıqlı fikir mübadiləsi aparıblar.