Böyük Qayıdışın ilk məktəblərində 21-25 iyun tarixlərində ixtisasartırma təlimləri həyata keçirilib.

Böyük Qayıdışın ilk məktəblərində 21-25 iyun tarixlərində ixtisasartırma təlimləri həyata keçirilib.

26 iyn, 2025
Azərbaycan Respublikasının Təhsil İnstitutunun sifarişi ilə “Peşəkar Təlim və İnkişaf Mərkəzi” MMC tərəfindən Qarabağ və Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən Böyük Qayıdışın ilk məktəblərində 21-25 iyun tarixlərində ixtisasartırma təlimləri həyata keçirilib.
Bu layihənin əsas məqsədi yalnız təlim keçmək deyil – Vətənə qayıdan təhsil ocaqlarını dirçəltmək, müəllimlərimizi müasir biliklərlə silahlandırmaq, gələcəyimizi yetişdirən əllərə güc verməkdir.
Təlimlər aşağıdakı mövzuları əhatə edib:
📌 “Tədris prosesinin səmərəli təşkilində İKT və süni intellektin tətbiqi”
📌 “Məktəblərdə nizam-intizamın təşkili”
Təlimlərə Laçın rayonunun Sus və Zabux kənd tam orta məktəbləri, Şuşa şəhər 1 nömrəli, Xankəndi şəhər 4 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərinin fədakar pedaqoji heyətləri cəlb olunub.