"Data Əsaslı İdarəetmə" təlimləri

"Data Əsaslı İdarəetmə" təlimləri

24 dek, 2024

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Peşəkar Təlim və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri üçün “Data əsaslı idarəetmə” təlimləri həyata keçirilmişdir. 

Təlimlər 36 akademik saat olmaqla Quba, Saatlı, Şəmkir, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran bölgələrində baş tutub. 

Təlim proqramının əsas məqsədi məktəb rəhbərlərinin dataya əsaslanan strateji qərarvermə və idarəetmə bacarıqlarının artırılmasıdır.