Əməkdaşlığımız genişlənir : "Yaşam Beynəlxalq Məktəbi"ndə təlimlər təşkil olunub.
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” 27-30 yanvar 2026-cı il tarixlərində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Yaşam Beynəlxalq Məktəbi”nin müəllimləri üçün “Məktəbdə nizam - intizam və sinif idarəetməsi” mövzusunda təlim təşkil etmişdir.
Təlim ərzində müdavimlər nizam-intizamın təşkilinin şagird öyrənməsinə təsiri, nizam-intizamın təşkilində ünsiyyətin rolu, Bill Rocersin Qətiyyətli nizam-intizam nəzəriyyəsi və onun effektiv tətbiqi, davranış tənzimləməsində SDN (ABC) modelinin xüsusiyyətləri və onun reallaşdırılması, effektiv idarə olunan sinfin göstəriciləri, vaxt idarəetmə strategiyaları, arzuolunmaz davranışların qarşısının alınması və aradan qaldırılması, o cümlədən sinif qaydalarının tərtibində nəzərə alınan məqamlar və s. mövzuları üzrə biliklər əldə etmiş və effektiv tətbiqi istiqamətində səriştələrə yiyələnmişlər.