“İngilis dilinin tədrisi metodikası” üzrə ixtisasartırma təlimləri

“İngilis dilinin tədrisi metodikası” üzrə ixtisasartırma təlimləri

25 dek, 2023

Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Peşəkar Təlim və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin ingilis dili müəllimləri üçün “İngilis dilinin tədrisi metodikası” üzrə ixtisasartırma təlimlər uğurla tamamlanmışdır. Təlimdə 1200-ə yaxın ümumtəhsil məktəblərində fəaliyyət göstərən ingilis dili müəllimi iştirak etmişdir.

6 moduldan ibarət təlimin əsas məqsədi müəllimləri kommunikativ dərslər təşkil etmək üzrə lazımi bilik və bacarıqlarla təmin etməkdir.

Təlimdəəllimlər effektiv öyrənmənin prinsipləri, ingilis dilinin səmərəli tədrisi üçün strategiyalar, metodlar və materiallarla tanış olacaqlar. Eyni zamanda, praktik tapşırıqlarla zəngin olan bu təlimdəəllimlər milli dərsliklərdən istifadə yollarını da öyrənmişlər, inanırıq ki, bütün bunlar müəllimlərə təlimdə öyrəndiklərinin real öyrətmə kontekstində tətbiqinə dəstək olacaqdır.