“Komanda quruculuğu” istiqamətində tədbir həyata keçirilib.
29 noyabr tarixində “Peşəkar Təlim və İnkişaf Mərkəzi”-nin əməkdaşları üçün “Komanda quruculuğu” təşkil olunub.
Tədbirin keçirilməsinin əsas hədəfi əməkdaşların iş mühitindən kənarda bir-biri ilə daha səmimi və produktiv ünsiyyət qurmasına şərait yaratmaq idi. Bununla yanaşı, komanda daxilində həmrəyliyin artırılması, qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, eləcə də motivasiya və komanda mədəniyyətinin inkişaf etdirilməsi nəzərdə tutululmuşdur.
Mərkəzin direktoru Nəcməddin Mehtiyev çıxışı ilə tədbiri açaraq, iştirakçıları aktiv olmağa və oyunlarda fəal şəkildə iştirak etməyə təşviq edib.
Tədbir çərçivəsində təşkil olunan intellektual komanda oyunu proqramın dinamikliyini artıraraq iştirakçılara əlavə motivasiya verib.
Təşkil olunan stolüstü aktiv oyunlar əməkdaşların böyük marağına səbəb olaraq onların yüksək fəallıqla iştirakını təmin etmişdir. Tədbir müddətində əməkdaşlar müxtəlif oyunlarda öz bacarıqlarını nümayiş etdirərək həm əyləndilər, həm də sağlam rəqabət mühitində bir-biriləri ilə yarışdılar. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə və əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin artırılmasına mühüm töhfədir.