"Məktəbdaxili Keyfiyyət Monitorinqi" təlimləri
26 dek, 2023
Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Peşəkar Təlim və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin direktor, direktor müavinləri və metodbirləşmə rəhbərləri üçün "Məktəbdaxili Keyfiyyət Monitorinqi" təlimləri yekunlaşmışdır.
Təlimdə 10 fərqli şəhərdə və 500-ə yaxın məktəb rəhbərləri iştirak etmişdir.
Təlim ərzində iştirakçılar məktəbdaxili keyfiyyət monitorinqinin - özünüqiymətləndirmənin əhəmiyyəti, təşkili, təhlili və yazılması istiqamətində fəaliyyətlər icra etmiş və bir sıra bacarıqlara yiyələnmişlər.