Məzunlarımız sertifikalarla təltif olunacaq!

Məzunlarımız sertifikalarla təltif olunacaq!

01 sen, 2019

Peşəkar Təlim və İmtahan Mərkəzi 19 oktyabr tarixində məzunlarına  sertifikatlarını təqdim edəcək. Tədbir 2019-cu ilin yekunu olaraq bu il ərzində Kembric imtahanlarında və təlimlərində iştirak edən namizədlərin sertifikatlarının təqdimatına həsr olunur. PTİM-in ev sahibliyi etdiyi tədbirə həm təlim və imtahanlarda iştirak edən müəllim və şagirdlər, həm də PTİM-in əməkdaşları qonaq qismində dəvət ediliblər.  4 il bundan öncə fəaliyyətə başlamış PTİM həm Cambridge Assessment English-in Azərbaycandakı yerli nümayəndəsi, həm də İqtisadi İnkişaf Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Bu fəaliyyət dövrü ərzində mərkəzin təşkil etdiyi imtahan və təlimlərdə 1500-dən çox müəllim və şagird iştirak etmişdir. PTİM ilk fəaliyyətə başladığı gündən müxtəlif mərkəz və liseylərlə əməkdaşlığa imza atmışdır. Mərkəzin ən böyük əməkdaşı Kaspi Təhsil Şirkəti və bu şirkətə məxsus Kaspi Liseyləridir.  PTİM-ə əməkdaş digər mərkəzlər, ELC pro, ITAC, Zirvə Liseyi kimi mərkəzlər 2019- 2020-ci tədris illəri üçün əməkdaşlıqlarını yeniləmək məqsədilə tərəfdaşlıq müqaviləsi imzalayacaqdır. Qeyd edək ki, artıq 3 ilə yaxındır adları qeyd edilən mərkəzlər Cambridge Assessment English-in yerli nümayəndəsi olan PTİM-lə olan əməkdaşlıqlarına əsasən Kembric imtahanlarına hazırlıq mərkəzi kimi fəaliyyət göstərirlər.