"Sinfin idarə olunması Sənəti" təlimi

"Sinfin idarə olunması Sənəti" təlimi

05 fev, 2025

Peşəkar Təlim və İnkişaf Mərkəzi bir qrup müəllim üçün “Sinif idarə etməsi” mövzusunda təlim təşkil etmişdir. 
Təlimin əsas məqsədi müəllimlərin sinif idarəetmə bacarıqlarını təkmilləşdirmək, təlim prosesində yaranan çətinlikləri aradan qaldırmaq və şagirdlərin öyrənmə mühitində daha məhsuldar iştirakını təmin etmək idi. 
Müəllimlər yaxşı idarə olunan sinfin göstəriciləri,  vaxtın səmərəli idarə olunmasına təsir edən amillər, arzuolunmaz davranışların səbəbləri, bu davranışların qarşısının alınması üçün atılacaq addımlar, sinif qaydalarının yazılması ilə bağlı nəzəri və praktik biliklər əldə etdilər.