Təlimçilərlə görüş
31 yan, 2026
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC ilə əməkdaşlıq edən təlimçilərin təlimçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə görüşlərə start verilib. Görüşlər çərçivəsində təlimçilərin fəaliyyət istiqamətləri və öhdəlikləri, təlim məzmunlarının keyfiyyətinin artırılması üçün rəy və təkliflərin sistemləşdirilməsi, eləcə də müdavimlərlə effektiv ünsiyyət və iş bacarıqlarının gücləndirilməsi kimi mühüm mövzular müzakirə olunur.
Bu təşəbbüs təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə və təlimçilərin peşəkar kompetensiyalarının davamlı inkişafına xidmət edir.. Qeyd edək ki, bu görüşlərin müxtəlif mövzular üzrə mütəmadi keçirilməsi nəzərdə tutulur.