Təlimçilərlə görüşlərimiz davam edir
09 fev, 2026
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC ilə əməkdaşlıq edən təlimçilərin təlimçilik bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən görüşlər davam edir. Növbəti görüşümüz bölgədə fəaliyyət göstərən təlimçilərimizlə baş tutmuşdur. Görüş çərçivəsində təlimçilərin fəaliyyət istiqamətləri və öhdəlikləri, təlim məzmunlarının keyfiyyətinin artırılması üçün rəy və təkliflərin sistemləşdirilməsi, eləcə də müdavimlərlə effektiv ünsiyyət və iş bacarıqlarının gücləndirilməsi kimi mühüm mövzular müzakirə olunmuşdur.
Müxtəlif mövzular üzrə mütəmadi keçirilməsi nəzərdə tutulan bu görüşlər təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə və təlimçilərin peşəkar kompetensiyalarının davamlı inkişafına xidmət edir.