IELTS

IELTS (The International English Language Testing System) ali təhsil və qlobal miqrasiya üçün ən tanınmış beynəlxalq ingilis dili imtahanıdır. Dünyada 10 mindən çox təşkilat IELTS sertifikatını tanıyır. Bu səbəbdən də IELTS imtahanı verərkən siz əmin ola bilərsiniz ki, əldə edəcəyiniz sertifikat bütün dünyadakı təhsil müəssisələri, işəgötürənlər, hökümət və peşəkar qurumlar tərəfindən qəbul olunacaq.

IELTS dünyanın bir sıra aparıcı dil bilik və bacarıqlarının qiymətləndirilməsi üzrə ekspertləri tərəfindən hazırlanıb və sizin yeni işinizdə və ya xaricdəki təhsilinizdə lazım olacaq bütün ingilis dili bacarıqlarını qiymətləndirir.

IELTS imtahanını verərkən siz dörd dil bacarığı – dinləmə, oxu, yazı və danışıq üzrə imtahan edilirsiniz.

IELTS imtahanının iki versiyası mövcuddur – IELTS Academic və IELTS General Training. Hansı versiyanı seçməyiniz sizin məqsədinizdən asılıdır.

IELTS Academic – akademik ingilis dilinə əsaslanır və sizin ingilis dili bilik və bacarıqlarınızın akademik mühitə uyğun olub olmadığını yoxlayır.

IELTS General Training – sizin ingilis dili bilik və bacarıqlarınızı praktiki, gündəlik konteksdə yoxlayır. Tapşırıqlar həm işgüzar, həm də sosial situasiyaları əhatə edir.

Video Image