CELT-S (Certificate in English Language Teaching – Secondary)

CELT-S (Certificate in English Language Teaching – Secondary)
CELT-S təlimlərində iştirak etməklə orta məktəb şagirdlərinə ingilis dilini tədris edən müəllimlər özlərinin pedaqoji bacarıqlarını inkişaf etdirə və bir müəllim kimi özlərinə olan inamlarını artıra bilərlər. Bu təlim 11-18 yaşlı şagirdlərə dil öyrədən müəllimlər üçün nəzərdə tutulmuş praktiki müəllimlik kvalifikasiyadır. 
Bu təlim müəllimlərə ingilis dilinin xarici dil kimi tədrisi ilə bağlı əsas çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək strategiyaları mənimsədir. Bu tip çətinliklərə geniş siniflərdə sinfin idarə olunması və şagirdlərin həvəsləndirilməsi nümunə gətirilə bilər. 
İştirakçı müəllimlər onlayn dərslər, əyani təlim və dərs müşahidəsi vasitəsiylə öz pedaqoji bilik və bacarıqlarını inkişaf etdirirlər.

Təlimin formatı: onlayn kurs, dərs keçmək təcrübəsi və təlim sessiyaları
Qiymətləndirilmə: Yazılı imtahan (TKT Module 1), dərs keçmək təcrübəsi

Video Image