Xəbərlər
Ən Son Xəbərlər və Bloqlar
Azərbaycan Respublikasının Təhsil İnstitutunun sifarişi ilə “Peşəkar Təlim və İnkişaf Mərkəzi” Əlavə Təhsil Müəssisəsi MMC tərəfindən təqvim ili ərzində Bakı şəhəri və bölgələrdə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 7 500 nəfərə yaxın təhsilverən və məktəbəqədər təhsil müəssisələrində çalışan 3 500 tərbiyəçi-müəllimi əhatə edən ixtisasartırma təlimləri keçirilib.🔹 Ümumi orta təhsil müəssisələrinin idarə heyəti üçün təlimlər•“Məktəb idarəetməsində data əsaslı yanaşma” -Təlim proqramının əsas məqsədi məktəb rəhbərlərinin dataya əsaslanan strateji qərarvermə və idarəetmə bacarıqlarının artırılmasıdır.•“Məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları”- Mövzusunda keçirilən təlimlərdə rəhbərlərin komanda ilə işləmə, valideynlərlə əməkdaşlıq və konfliktlərin idarə olunması bacarıqları inkişaf etdirilmişdir.•“Məktəbdə daxili keyfiyyət təminatı mexanizmlərinin təşkili” - Proqramın əsas məqsədi məktəb rəhbərlərində məktəbdaxili keyfiyyət təminatı sistemləri qurmaq istiqamətində bilik və bacarıqlar formalaşdırmaqdır. •“Məktəbdə inzibati idarəetmə və sənədləşmə işinin təşkili” -Təlimin əsas məqsədi məktəb rəhbər heyətinin və inzibati işçilərin idarəetmə və sənədləşmə sahəsində bilik, bacarıq və səriştələrinin artırılması, onların müasir idarəetmə tələblərinə uyğun peşəkar fəaliyyət göstərməsini təmin etməkdir.•“Məktəb idarəçiliyində strateji planlaşdırma və inkişaf planlarının” - Təlim proqramının məqsədi məktəb rəhbərlərində uzunmüddətli inkişaf strategiyalarının qurulması, məqsədlərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması bacarıqlarının möhkəmləndirilməsidir.•“Tədris prosesinin effektiv təşkili və idarə olunması” - Proqramın əsas məqsədi məktəb rəhbərlərinin tədrisin effektiv təşkili və idarə olunması istiqamətində bilik və bacarıqlarını təkmilləşdirmək və məktəblərdə tədris prosesinin icrasını sistemli şəkildə gücləndirməyə dəstək olmaqdır. 🔹 Ümumi orta təhsil müəssisələrinin pedoqoji heyəti üçün təlimlər• “Tədris prosesinin səmərəli təşkilində İKT və süni intellektin tətbiqi” Müəllimlərə dərs prosesində rəqəmsal alətlərdən və süni intellekt texnologiyalarından istifadə bacarıqları öyrədildi. Təlimin məqsədi tədrisin interaktivliyini artırmaq və müasir texnologiyaların təhsilə inteqrasiyasını gücləndirməkdir.• “Məktəblərdə nizam-intizamın təşkili “ Təlimin əsas məqsədi məktəblərdə nizam-intizamın təşkili istiqamətində təhsil işçilərinin bilik və bacarıqlarının təşkmilləşdirilməsidir.• “ Şagirdlərdə dinləyib-anlama və yazı bacarıqlarının formalaşdırılması və mentorluq xidməti” Təlim ərzində müəllimlər şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını inkişaf etdirmək üçün effektiv üsullarla tanış oldular. Təlimdə dinləmə, mətnin qavranılması və yazı strukturunun qurulması üzrə praktik nümunələrlə işlədilər. Bununla yanaşı müəllimlərə şagirdlərlə fərdi işləmək, onların ifadə bacarıqlarını gücləndirmək və inkişaf prosesini izləmək üçün mentorluq dəstəyi verildi. • Metodist hazırlığı / Pedaqoji müşahidə və tədris prosesinin qiymətləndirilməsi üzrə ixtisasartırma təlimi. Təlimlərin məqsədi müəllimlərin dərs müşahidəsi və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, meyarların müəyyənləşdirilməsi, müşahidə formalarının hazırlanması və effektiv geri dönüş strategiyalarının tətbiqidir. İştirakçılar, eyni zamanda, süni intellekt alətlərindən istifadə etməklə dərs müşahidəsi və təhlil prosesində innovativ yanaşmaların mənimsənilməsini təmin edirlər.• Metodist hazırlığı / Mentorluq və pedaqoji dəstək bacarıqları üzrə ixtisasartırma təlimi Müəllimlərə həmkarlarına metodik dəstək göstərmək, pedaqoji müşahidələr aparmaq və inkişaf yönümlü rəy bildirmək bacarıqları aşılanıb. Eyni zamanda, süni intellekt platformaları vasitəsilə innovativ dərs planlarının hazırlanması və təqdimatı bacarıqları da formalaşdırılmışdır.• “ İstedadlı şagirdlərlə işin təşkili” Təlimlərin nəticəsi olaraq iştirakçılar xüsusi istedadlı şagirdlərin tanınması, onların potensialının inkişaf etdirilməsi və dəstəklənməsi üçün effektiv pedaqoji yanaşmaları mənimsəyirlər. Eyni zamanda, diferensiallaşdırılmış təlim metodlarını tətbiq edir, yaradıcı və tənqidi düşünməni təşviq edən təlim mühiti qurmaq bacarıqlarını nümayiş etdirirlər. 🔹 Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri üçün təlimlərMəktəbəqədər təhsil müəssisələrində öyrədici mühitin təşkili Təlim zamanı tərbiyəçi-müəllimlərə uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun stimullaşdırıcı, təhlükəsiz və öyrədici mühitin qurulması prinsipləri izah olunmuşdur. Praktik nümunələr əsasında oyun, vizual materiallar və interaktiv fəaliyyətlərin tədrisə inteqrasiyası öyrədilmişdir.Məktəbəqədər qruplarda inklüziv təhsilin təşkili Bu təlimdə müxtəlif ehtiyaclı uşaqların təlimə cəlb olunması, fərdi yanaşmaların tətbiqi və inklüziv mühitin formalaşdırılması üzrə metodik bacarıqlar aşılanmışdır. Tərbiyəçi-müəllimlərə inklüziv təhsilin prinsipləri və pedaqoji dəstək mexanizmləri təqdim olunmuşdur.
Əməkdaşlarımız beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
9 dekabr 2025-ci il tarixində əməkdaşlarımız Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfransda iştirak ediblər. Konfrans ümumi təhsildə keyfiyyətin artırılması istiqamətində islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsinə həsr olunub.Konfrans çərçivəsində London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi və İdarəedilməsi üzrə dosenti Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev isə “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda məruzə ilə çıxış edib. Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou inspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb inkişafına verdiyi töhfələrdən bəhs edib.Konfransın əsas məruzəçiləri sırasında yer alan əməkdaşımız Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət monitorinqlərinin rolu” mövzusunda çıxış edib. Məruzədə məktəb liderliyinin əhəmiyyəti, beynəlxalq elmi yanaşmalar, Azərbaycanda aparılan keyfiyyət monitorinqləri, monitorinq nəticələrinin məktəb liderliyinə təsir mexanizmləri, eləcə də mövcud çətinliklər və mümkün həll yolları təqdim olunub.Konfrans panel müzakirələri və vörkşoplarla davam edib. Əməkdaşımız Aysel Əzimovanın moderatorluğu ilə keçirilən panel müzakirələrdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və dayanıqlı inkişaf yanaşmaları üzrə müzakirələr aparılıb. Vörkşoplar çərçivəsində məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair müzakirələr və praktiki fəaliyyətlər həyata keçirilib.
“Komanda quruculuğu” istiqamətində tədbir həyata keçirilib.
29 noyabr tarixində “Peşəkar Təlim və İnkişaf Mərkəzi”-nin əməkdaşları üçün “Komanda quruculuğu” təşkil olunub.Tədbirin keçirilməsinin əsas hədəfi əməkdaşların iş mühitindən kənarda bir-biri ilə daha səmimi və produktiv ünsiyyət qurmasına şərait yaratmaq idi. Bununla yanaşı, komanda daxilində həmrəyliyin artırılması, qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, eləcə də motivasiya və komanda mədəniyyətinin inkişaf etdirilməsi nəzərdə tutululmuşdur.Mərkəzin direktoru Nəcməddin Mehtiyev çıxışı ilə tədbiri açaraq, iştirakçıları aktiv olmağa və oyunlarda fəal şəkildə iştirak etməyə təşviq edib.Tədbir çərçivəsində təşkil olunan intellektual komanda oyunu proqramın dinamikliyini artıraraq iştirakçılara əlavə motivasiya verib. Təşkil olunan stolüstü aktiv oyunlar əməkdaşların böyük marağına səbəb olaraq onların yüksək fəallıqla iştirakını təmin etmişdir. Tədbir müddətində əməkdaşlar müxtəlif oyunlarda öz bacarıqlarını nümayiş etdirərək həm əyləndilər, həm də sağlam rəqabət mühitində bir-biriləri ilə yarışdılar. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə və əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin artırılmasına mühüm töhfədir.
Təlim Kateqoriyası
Populyar Kateqoriyalar
HAQQIMIZDA
“Peşəkar Təlim və İnkişaf Mərkəzi” 2015-ci ilin avqust ayında fəaliyyətə başlayıb. Mərkəz Böyük Britaniyanın Kembric Universitetinin bir hissəsi olan Cambridge Assesment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliklərindən biridir. Cambridge Assesment English təşkilatı dünyanın 131 ölkəsində ingilis dilinin tədrisi və mənimsənilməsi üzrə beynəlxalq imtahanların keçirilməsi ilə məşğuldur. Bu təşkilatın verdiyi sertifikatlar dünyanın bir çox ölkələrində 10 mindən çox təhsil müəssisələri və iş yerləri tərəfindən tanınır.
Təlimlər
Sizlərdən gələnlər



Hətta təcrübəli müəllimlər də tədris prosesini daha effektiv və yaradıcı etmək üçün Celta-da bir çox yeni bacarıqlar öyrənə bilərlər.

