FCE/ FCE fs

First Certificate in English (FCE) və First Certificate for Schools (FCE fS)

FCE imtahanı üzrə verilən sertifikat bütün dünyada ingilis dilinin B2 (Upper-intermediate) səviyyəsinə uyğun göstərici kimi qəbul olunur. FCE imtahanı 16 yaşından yuxarı namizədlər üçün nəzərdə tutulur.

FCE for Schools – FCE imtahanının 12 yaşından yuxarı məktəb şagirdləri üçün nəzərdə tutulmuş versiyasıdır. Bu versiyanın çətinlik səviyyəsi FCE imtahanı ilə eyni olsa da, əhatə etdiyi mövzülar 12-17 yaşlı məktəblilərin maraq dairəsinə uyğundur. İmtahanın strukturu, imtahan nəticələri və əldə olunan sertifikat barəsində aşağıda göstərilən faktlar dəyişilməz olaraq qalır.

FCE və FCE fS sertifikatı əldə etməklə siz dünyanın bir çox kolleclərində və universitetlərində bakalavra hazırlıq (Foundation) və bakalavr (Undergraduate) təhsili ala bilərsiniz.

Böyük Britaniyada FCE sertifikatını Foundation və Undergraduate proqramları üçün uyğun dil göstəricisi kimi qəbul edən kollec və universitetlərdən bəziləri aşağıdakılardır:

Anglia Ruskin University – Undergraduate
Birmingham City University – Foundation
Cardiff Metropolitan University – Foundation
Durham University – Foundation
London Metropolitan University – Foundation
Queen’s Mary – Foundation
Queen’s Belfast University - Undergraduate
Sheffield College – Foundation/Undergraduate
South London College – Foundation
University of Leicester – Foundation
University of Leeds – Foundation
University of Liverpool – Foundation
University of Warwick – Foundation

FCE imtahanını verməyiniz o deməkdir ki, siz:

İngilis dilində Foundation və Undergraduate pilləsində təhsil almağa hazırsınız;
İngilis dilli ölkədə sərbəst ünsiyyət qura bilərsiniz;
İngilis dilli iş mühitində işləməyə hazırsınız.
FCE imtahanının strukturu:

FCE imtahanı 4 hissədən ibarətdir:

Oxu – 1 saat 15 dəqiqə
Sizin kitab, qəzet və jurnallardan götürülmüş orijinal mətnləri nə dərəcədə yaxşı başa düşdüyünüzü yoxlayır.

Yazı – 1 saat 20 dəqiqə
Sizin esse, məktub və ya hesabat tipli mətnlər yazmaq bacarığınızı yoxlayır.

Dinləmə - 40 dəqiqə
Sizin gündəlik mövzular barəsində sürətli şifahi nitqi nə dərəcədə yaxşı başa düşdüyünüzü yoxlayır.

Danışıq – 14 dəqiqə
Sizin müxtəlif situasiyalarda nə dərəcədə effektiv ünsiyyət qura bildiyinizi yoxlayır. Danışıq imtahanında iki və ya üç şagird eyni vaxtda iştirak edir. Bu, imtahanın real situasiyaya daha yaxın olmasına və sizin danışıq bacarığınızın daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

FCE Sertifikatı

FCE Sertifikatı müddətsizdir.

FCE fS Sertifikatı namizəd 17 yaşına çatana qədər qüvvədədir.