TKT

Teaching Knowledge Test (TKT)

TKT (Teaching Knowledge Test)  beynəlxalq səviyyədə tanınan müəllimlik kvalifikasiyasıdır. TKT sizin ingilis dili biliklərinizi və dil tədris etməklə bağlı pedoqoji bacarıqlarınıızı yoxlayır.

Siz təhsil sahənizdən və pedoqoji təcrübənizdən asılı olmayaraq TKT imtahanına qatıla bilərsiniz. Bu imtahan sizin pedoqoji bilik və bacarıqlarınızı qiymətləndirməyə kömək edəcək.

TKT imtahanı:

Dünyanın 60-dan çox ölkəsində pedoqoji biliyin göstəricisi kimi qəbul olunur
TKT 3 əsas və 2 əlavə moduldan ibarətdir; imtahanlar hər modul üzrə ayrı-ayrı aparılır və qiymətləndirilir; hər bir modula görə ayrıca sertifikat verilir.
Bu kvalifikasiyaya yiyələnmək istəyənlər modullar üzrə imtahanları tək-tək və 2 və ya 3 modul olaraq verə bilərlər. Modullar üzrə imtahan sıralaması namizədin istəyinə uyğun təşkil edilir.
Hər bir modula müstəqil şəkildə və istədiyiniz vaxt hazırlaşa bilərsiniz.
TKT Modulları

Əsas TKT modulları aşağıdakılardır:

1-ci Modul: Dilin tədrisi ilə bağlı müəllimin dil bacarıqları
2-ci Modul : Dilin tədrisi üçün dərslərin planlaşdırılması və mənbələrdən istifadə
3-cü Modul: Sinfin idarəolunması da daxil olmaqla tədris prosesinin idarə olunması

Əlavə TKT modulları aşağıdakılardır:

TKT CLIL: İngilis dilində müxtəlif fənnlərin tədrisi

TKT YL: Azyaşlılara ingilis dilinin tədrisi

İmtahanın formatı

İstənilən modul üzrə TKT imtahanı 80 sualdan ibarətdir. Namizədlərin nəticələri 4 Band üzərindən qiymətləndirilir.

Band 1 – İngilis dilinin tədrisi ilə bağlı məhdud biliklər
Band 2 – İngilis dilinin tədrisi ilə bağlı təməl, lakin sistematik biliklər
Band 3 – İngilis dilinin tədrisi ilə bağlı dolğun biliklər
Band 4 - İngilis dilinin tədrisi ilə bağlı mükəmməl biliklər

Hər modul üzrə imtahan müddəti 1 saat 20 dəqiqədir.