TKT CLIL

TKT: CLIL – Content and Language Integrated Learning
TKT CLIL modulu ingilis dilində digər fənnlərin tədrisi metodunun (CLIL tədris metodu) məqsədləri və əsas məğzi ilə bağlı müəllimin biliklərini yoxlayır. Bu modul CLIL metodu əsasında dərs planlaması, dərsin keçilməsi və qiymətləndirilmənin aparılmasını əhatə edir. Həmçinin, o, CLIL proqramları çərçivəsində tədris alan şagirdlərin ehtiyaclarını aydınlaşdırmağa və onlara dəstək olacaq strategiyaları müəyyənləşdirməyə xidmət edir.

TKT CLIL imtahanını verməklə siz

  • Məktəb kurrikulumuna daxil olan müxtəlif fənnlər üzrə şagirdlərin mənimsədiyi əqli və dil bacarıqları ilə tanış olacaqsınız
  • CLIL tədris metodunu dəstəkləyən müxtəlif növ tapşırıqlar və mənbələr barədə məlumat əldə edəcəksiniz
  • CLIL tədris metodu əsasında dərslərin keçilməsi və qiymətləndirilmənin aparılmasının əsas meyarlarını öyrənəcəksiniz