TKT Young Learners

TKT YL – Azyaşlılara ingilis dilinin tədrisi
TKT YL azyaşlılara ingilis dilini tədris edən və ya tədris etmək istəyən əsas və köməkçi müəllimlər üçün nəzərdə tutulmuş moduldur. Bu modul azyaşlıların dil öyrənməsi ilə bağlı müəllimin bilik və bacarıqlarını yoxlayır. Həmçinin TKT YL modulu azyaşlılar üçün dərsin planlaşdırılması, onlara dərsin keçilməsi və qiymətləndirilmənin aparılması mövzularını əhatə edir. 

TKT YL imtahanını verməklə siz
Azyaşlıların əqli inkişafı və öyrənmə prosesi barədə bilik əldə edəcəksiniz
6-12 yaş arası şagirdlərə dil öyrətmək üçün lazım olan bacarıq və strategiyaları mənimsəyəcəksiniz.
Azyaşlıların öyrənmə prosesinə dəstək olacaq tapşırıqlar və mənbələr ilə tanış olacaqsınız