YLE

Young Learners English imtahanları

Young Learners English (YLE) -  7-12 yaş arası şagirdlər üçün nəzərdə tutulan xüsusi ingilis dili imtahanlarıdır. Bu imtahanlar şagirdlərin kiçik yaşlarından ingilis dilini öyrənməyə olan marağını artırır.

YLE imtahanlarının faydaları:

Şagirdlərin ingilis dilinə olan həvəs və marağını artırmağın ən yaxşı yoludur.
Şagirdlərin ingilis dilini beynəlxalq ünsiyyət vasitəsi kimi yiyələnməsinə əsaslı zəmin yaradır.
Valideynlər üçün övladlarının ingilis dilini öyrənməklə bağlı nailiyyətlərin sübutudur.


YLE imtahanlarının xüsusiyyətləri:

Çətinlik dərəcəsinə görə üç səviyyədə təşkil olunan Young Learners English (YLE) imtahanları  (Starters, Movers, Flyers) şagirdlərin ingilis dilini hansı dərəcədə bildiyini dəqiq müəyyən etməyə kömək edir.
İmtahanlar qısa müddətli olduğuna görə şagirdləri yormur və onlarda zehni gərginlik yaratmır.
Şagirdlərin yaşına uyğun seçilmiş mövzular və maraqlı formada hazırlanmış tapşırıqlar (rəngləmək, şəkil çəkmək, uyğunlaşdırmaq və s.) onlara imtahanlardan yaxşı nəticə əldə etməyə yardım edir.
İmtahanı əhatə edən mövzular şagirdlərin real həyatda tez-tez qarşılaşdığı mövzulardır və buna görə də imtahanlar şagirdlər üçün həm asan, həm də maraqlı olur. 
YLE imtahanının strukturu

Oxu və yazı – Starters: 20 dəqiqə; Movers: 30 dəqiqə; Flyers: 40 dəqiqə

Dinləmə - Starters: 20 dəqiqə; Movers və Flyers: 25 dəqiqə

Danışıq –Starters: 3-5 dəqiqə; Movers: 5-7 dəqiqə; Flyers: 7-9 dəqiqə

YLE imtahanı barəsində faktlar

Dünyanın 70-dən çox  ölkəsində məktəblər öz şagirdləri üçün bu imtahanları təşkil edir.
İmtahanlar Ümumi Avropa Dil Bacarıqları Şkalası (CEFR) əsasında hazırlanır.
Bütün imtahan sualları Kembricdə hazırlanır və sınaqdan keçirilir.
İmtahan verən bütün şagirdlər sertifikat əldə edir. Sertifikatda şagirdin hər bir dil bacarığı üzrə bilik səviyyəsi ayrı-ayrı qeyd olunur.


YLE Sertifikatı

YLE imtahanı verməklə övladınızın əldə etdiyi sertifikat 12 yaşınadək qüvvədədir. Övladınız 12 yaşına çatıbsa növbəti Cambridge English imtahanlarına qatılmaqla öz dil biliklərini yoxlaya bilər.