KET/ KET fs

Key English Test (KET) və Key English Test for Schools (KET fS)

Key English Test (KET) imtahanı üzrə verilən sertifikat bütün dünyada ingilis dilinin CEFR şkalası üzrə A2 (Elementary) səviyyəsinə uyğun göstərici kimi qəbul olunur. KET imtahanı 16 yaşından yuxarı namizədlər üçün nəzərdə tutulur.

KET for Schools – KET imtahanının 12 yaşından yuxarı məktəb şagirdləri üçün nəzərdə tutulmuş versiyasıdır. Bu versiyanın çətinlik səviyyəsi KET imtahanı ilə eyni olsa da, əhatə etdiyi mövzülar 12-17 yaşlı məktəblilərin maraq dairəsinə uyğundur. İmtahanın strukturu, imtahan nəticələri və əldə olunan sertifikat barəsində aşağıda göstərilən faktlar dəyişilməz olaraq qalır.

KET (Key English Test) imtahanını verməyiniz o deməkdir ki, siz:

Elementar səviyyədə söz birləşmələri və ifadələri başa düşür və onlardan düzgün şəkildə istifadə edə bilirsiniz;
Sizə verilən sadə sualları başa düşür və onları cavablandıra bilirsiniz;
Sürəti nisbətən aşağı və səlis olan nitqi başa düşür və eyni şəkildə ünsiyyət qura bilirsiniz;
Qısa və sadə məzmunlu yazı yaza bilirsiniz.
KET imtahanının strukturu

Key English Test (KET) imtahanı 3 hissədən ibarətdir:

Oxu və yazı – 1 saat 10 dəqiqə
Sizin sadə mətnləri (broşuralar, qəzet və jurnallar) nə dərəcədə yaxşı başa düşdüyünüzü yoxlayır.
Dinləmə - 30 dəqiqə
Sizin gündəlik mövzular barəsində asta sürətdə şifahi nitqi nə dərəcədə yaxşı başa düşdüyünüzü yoxlayır.
Danışıq – təxminən 10 dəqiqə
Sizin sadə suallar vermək və oxşar sualları cavablandırmaq bacarığınızı yoxlayır. Danışıq imtahanında iki şagird eyni vaxtda iştirak edir. Bu, imtahanın real situasiyaya daha yaxın olmasına və sizin danışıq bacarığınızın daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

KET imtahanının nəticələri

Distinction (Fərqlənmə) - bəzi hallarda KET imtahanını verən şagirdlərin dil səviyyəsi imtahan üçün tələb olunan A2 (Elementary) səviyyəsindən daha yüksək olur. Belə olan halda onlara Distinction (Fərqlənmə) sertifikatı verilir və sertifikatda şagirdin ingilis dili səviyyəsi, bir səviyyə yuxarı, B1 göstərilir.
Merit (Orta) və Pass (Məqbul) - Əksər hallarda KET imtahanını verən şagirdlərin dil səviyyəsi A2 (Elementary) olur və onlara imtahanın nəticəsinə uyğun olaraq Merit (Orta) və ya Pass (Məqbul) sertifikatı verilir. 
KET imtahanları barəsində faktlar

Dünyanın 70-dən çox  ölkəsində məktəblər öz şagirdləri üçün bu imtahanları təşkil edir.
İmtahanlar Ümumi Avropa Dil Bacarıqları Şkalası (CEFR) əsasında hazırlanır.
Bütün imtahan sualları Kembricdə hazırlanır və rəsmi imtahandan öncə sınaqdan keçirilir.
KET Sertifikatı

KET Sertifikatı müddətsizdir.
KET fS Sertifikatı namizəd 17 yaşına çatana qədər qüvvədədir.