PET/ PET fs

Preliminary English Test (PET) və Preliminary English Test for Schools (PET fS)

Preliminary English Test (PET) imtahanı üzrə verilən sertifikat bütün dünyada ingilis dilinin CEFR şkalası üzrə B1 (İntermediate) səviyyəsinə uyğun göstərici kimi qəbul olunur. Bu sertifikat Böyük Britaniyada Tier 2 (işçilər) və Tier 4 (tələbələr) vizaları üçün uyğun dil göstəricisi kimi qəbul olunur. PET imtahanı 16 yaşından yuxarı namizədlər üçün nəzərdə tutulur.

PET for Schools – PET imtahanının 12 yaşından yuxarı məktəb şagirdləri üçün nəzərdə tutulmuş versiyasıdır. Bu versiyanın çətinlik səviyyəsi PET imtahanı ilə eyni olsa da, əhatə etdiyi mövzular 12-17 yaşlı məktəblilərin maraq dairəsinə uyğundur. İmtahanın strukturu, imtahan nəticələri və əldə olunan sertifikat barəsində aşağıda göstərilən faktlar dəyişilməz olaraq qalır.

PET imtahanını verməyiniz o deməkdir ki, siz:

Məlumatlandırıcı mətnləri aydın şəkildə başa düşürsünüz;
İngilis dilli ölkələrdə qarşılaşa biləcəyiniz bir çox gündəlik situasiyalarda ünsiyyət qura bilirsiniz;
Nisbətən mürəkkəb quruluşlu suallar verə və oxşar sualları cavablandıra bilirsiniz;
Sizə tanış olan mövzularda orta həcmli yazı yaza bilirsiniz.
PET imtahanının strukturu

PET (Preliminary English Test)  imtahanı 3 hissədən ibarətdir:

Oxu və yazı – 1 saat 30 dəqiqə
Sizin müxtəlif mövzularla bağlı yazılmış mətnləri nə dərəcədə yaxşı başa düşdüyünüzü və yazılı formada öz fikirlərinizi ifadə etmək bacarığınızı yoxlayır.

Dinləmə - təxminən 30 dəqiqə
Sizin müxtəlif mövzularla bağlı şifahi nitqi nə dərəcədə yaxşı başa düşdüyünüzü yoxlayır.

Danışıq –10-12 dəqiqə
Sizin gündəlik mövzularla bağlı suallar vermək və oxşar sualları cavablandırmaqla ünsiyyət qurmaq bacarığınızı yoxlayır. Danışıq imtahanında iki şagird eyni vaxtda iştirak edir. Bu, imtahanın real situasiyaya daha yaxın olmasına və sizin danışıq bacarığınızın daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

PET imtahanının nəticələri

Distinction (Fərqlənmə) - bəzi hallarda PET imtahanını verən şagirdlərin dil səviyyəsi imtahan üçün tələb olunan B1(Intermediate) səviyyəsindən daha yüksək olur. Belə olan halda onlara Distinction (Fərqlənmə) sertifikatı verilir və sertifikatda şagirdin ingilis dili səviyyəsi B2(Upper-intermediate) göstərilir.
Merit (Orta) və Pass (Məqbul) - Əksər hallarda PET imtahanını verən şagirdlərin dil səviyyəsi B1(Intermediate) olur və onlara imtahanın nəticəsinə uyğun olaraq Merit (Orta) və ya Pass (Məqbul) sertifikatı verilir. 
PET imtahanları barəsində faktlar

Dünyanın 70-dən çox  ölkəsində məktəblər bu imtahanları öz şagirdləri üçün təşkil edir.
İmtahanlar Ümumi Avropa Dil Bacarıqları Şkalası (CEFR) əsasında hazırlanır.
Bütün imtahan sualları Kembricdə hazırlanır və istifadə olunmazdan öncə sınaqdan keçirilir.
PET Sertifikatı

PET Sertifikatı müddətsizdir.

PET fS Sertifikatı namizəd 17 yaşına çatana qədər qüvvədədir.